20.11.2026 - 15:14
Mayli Sayrus və Maks Morando yaxın günlərdə ailə həyatı quracaq
Maqazin 279 baxış

Mayli Sayrus və Maks Morando yaxın günlərdə ailə həyatı quracaq

Baku.ws-ın məlumatına görə, məşhur müğənni Mayli Sayrus nişanlısı Maks Morando ilə ailə həyatı qurmağa hazırlaşır. Ötən il nişanlanan cütlük bir neçə gün sonra nikah mərasimi keçirəcək.

Məlumatı “TMZ” nəşri yayıb. Nikah mərasiminin Cənubi Kaliforniyada baş tutacağı bildirilir, lakin dəqiq təfərrüatlar hələlik açıqlanmır.

Toy mərasiminin 21-22 noyabr tarixlərində keçirilməsi planlaşdırılır. Qeyd edək ki, 33 yaşlı sənətçi Mayli Sayrus son dövrlərdə “Let’s Get Married” mahnısı ilə gündəmdədir və artıq 5 ildir ki, musiqiçi Maks Morando ilə münasibətdədir.

Xatırladaq ki, Mayli Sayrus öncəki münasibətində, 2018-2020-ci illərdə, aktyor Liam Hemsvort ilə rəsmi nikahda olub. Müğənni bir televiziya proqramında Morandonun ona Yaponiya səfəri zamanı evlilik təklifi etdiyini açıqlamışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: