26.03.2021 - 12:49
Ölkə
2 baxış
Güclü külək əsəcək, yağış yağacaq
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.
Bakıda gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normdan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-90 faiz olacaq.
Xəbərdarlıq
Martın 27-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Martın 27-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, martın 27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Heydər Əliyev prospektində sürət həddi endirildi
29.01.2019 - 09:59
Bakıda iki marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirildi
19.06.2019 - 19:43
AQTA-dan qara yara xəstəliyi ilə bağlı AÇIQLAMA
31.07.2019 - 20:48
Vətəndaşlıqdan imtinaya görə rüsumun məbləği etiraz doğurdu - 400 dollar
24.04.2020 - 16:25
Yağış, qar yağacaq - Sabahın havası
04.12.2018 - 14:47
ANAMA dost vəzifələri? - Köhnə ekoloq dostlarını quruma doldurub…
05.05.2023 - 13:00
Prezidentdən yeni sərəncam
13.09.2019 - 19:11
Bakıya sulu qar, rayonlara qar yağacaq
13.01.2018 - 12:41
