“Green Pub”ın fəaliyyəti dayandırıldı - FOTOLAR
Bakıda mobil qrup tərəfindən həyata keçirilən reydlər zamanı Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində qeyri-qanuni fəaliyyət göstərən “Green Pub” adlı ictimai-iaşə obyekti müəyyən olunub və onun fəaliyyəti dayandırılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən “Minval.info”ya daxil olan məlumata görə, obyektin sahibi Mehdixan Xəlil oğlu Həsənov və onun icarədarları barədə müvafiq tədbirlər görülüb.
Qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, polis və İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə paytaxtda karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlər və reydlər davam etdirilir, ticarət obyektlərində, məhəllələrdə, insanların sıx toplaşdığı digər ərazilərdə maarifləndirici söhbətlər aparılır.
Bu tədbirlər zamanı bir sıra nöqsanlar aşkar edilmiş ticarət obyektlərinin sahiblərinə və fiziki şəxslərə cərimələr tədbiq olunub.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026