Gömrükdə telefon əməliyyatı - VİDEO

Gömrükçülər avtomobilin salonunda gizlədilmiş mobil telefonlar və aksesuarlar aşkarlayıb.
Dövlət Gömrük Komitəsindən Minval.İnfo-ya verilən məlumata görə, Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “BMW 320” markalı nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin salonundan hər iki qabaq oturacağın içərisindən 1 ədəd “Samsung Galaxy J3 Pro”, 4 ədəd “Samsung Galaxy J6”, 1 ədəd “Samsung Galaxy J2 pro”, 1 ədəd “Samsung Galaxy prime pro” markalı mobil telefonlar, 6 ədəd yükləyici başlığı, 6 ədəd USB kabel və 4 ədəd qidalandırma cihazı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?