Gömrükçünün özünü öldürməsi ilə bağlı yeni TƏFƏRRÜATLAR - FOTO
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.
Bakupost.az Əli Cahangirlinin fotosunu və onunla bağlı bəzi məlumatları əldə edib.
1986-cı il təvəllüdlü Əli Cahangirli Naxçıvanda anadan olub, 12 ildir gömrük sistemində çalışıb. İşlə bağlı hansısa problemi olmayıb.
Hadisə baş verən gün, yəni dünən axşam, işdən sonra dostları ilə görüşüb, birlikdə şam edib, yeyib-içiblər.
Məclisdə dostları ilə söhbət edən gömrükçü həvəsdən düşdüyünü, həyatdan bezdiyini deyib.
Daha sonra həmişə istifadə etdiyi taksini çağırıb, evə gedib. Taksi sürücüsü onun vəziyyətini görüb və həmin gün onunla qalıb.
Səhərə kimi söhbət ediblər. O, sürücüyə özünü öldürmək istədiyini deyib. Sürücü isə onu bu fikrindən yayındırmağa çalışıb.
Səhər 8-də sürücü ondan ayrılaraq evinə gedib. Hadisə də bundan sonra baş verib. Əlinin depresiyaya düşməsi, həyatdan bezməsinə nəyin səbəb olduğu barədə heç bir məlumat yoxdur.
Dostları, iş yoldaşları onu yaxşı insan kimi xarakterizə edir. Həmişə deyib, gülən, şən biri olub.
Hadisə zamanı ailəsi yanında olmayıb.
Mərhum ailəli olub, 2 azyaşlı övladı var.
Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səfər Mehdiyevin sürdüyü maşının nömrəsi BU ŞİRKƏTƏ MƏXSUS İMİŞ
“Bu amansız dünyaya uşaq gətirməyin” - Nura Suri
İcra başçısı oğluna yarım milyonluq lüks maşın aldı (FOTO)
Elmar Vəliyevin səhhəti ilə bağlı son xəbər…
Deputat: "Qiymət artımı zamanı vətəndaşların mənafeyi nəzərə alınıb"
İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi
Yay aylarında xarici ölkələrə səfərə gedə biləcəyik? – RƏSMİ AÇIQLAMA