Gömrükçülər ölkəyə külli miqdarda qanunsuz siqaret gətirilməsinin qarşısını alıblar
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunun yük-idxal xəttində İranın “Mekanizasion Keshavarzi Shali Kasht” şirkətindən ölkəmizə kafel gətirən, Azərbaycan vətəndaşının idarə etdiyi “Maz” markalı yük avtomobili saxlanılıb.
Dövlət Gömrük Komitəsindən “Minval”a verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Kabinədə aparılan yoxlama nəticəsində hər iki qapının üzlüyündə, arxa yataq hissəsinin divarında və sağ oturacağın altındakı boşluqda gömrük nəzarətindən gizlədilən 16 200 ədəd “Senator”, 7000 ədəd “Milano” və 2000 ədəd “Kent” markalı siqaretlər aşkarlanıb.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Daha sonra stasionar rentgen qurğusundan keçirilən yük nəqliyyat vasitəsinin qoşqusundakı 3 yeşiyin hər birinin alt hissəsində, xüsusi düzəldilən saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 7600 ədəd “Senator” və 13 800 ədəd “Milano” markalı siqaretlər tapılıb.
Faktla bağlı araşdırma aparılır.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var


