Gömrük generalı vətəndaşlar tərəfindən niyə döyülüb?
Ötən gün işdən çıxarılan və barəsində cinayət işi başladılan Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədovla bağlı maraqlı məlumatlar yayılıb.
Minval.İnfo Unikal-a istinadla xəbər verir ki, əslən Naxçıvandan olan K.Məmmədov əvvəllər Qazax rayonunda yerləşən “Qırmızı Körpü” gömrük postunun rəisi işləyib. Onun həmin postdakı fəaliyyəti rayon sakinlərinin ciddi etirazına səbəb olub. Hətta Kənan Məmmədov bir neçə dəfə onları incitdiyi üçün Qazaxın bir neçə kəndinin sakinləri tərəfindən döyülüb.
Onu da qeyd edək ki, həmin dövrdə DGK-nın sədr müavini olan Səfər Mehdiyevlə Kənan Məmmədovun arasında dostluq münasibətləri olub.
Səfər Mehdiyev DGK-nin sədri təyin olunduqdan sonra Kənan Məmmədovu Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi təyin edib və ona general-mayor rütbəsi almasında köməklik göstərib. K.Məmmədov həmin idarəyə rəhbərlik etdiyi dövrdə isə əsasən ölkəyə mebel gətirən sahibkarların fəaliyyətinə mane olub. Belə ki, o sahibkarları yalnız özünün müəyyən etdiyi karqo şirkətləri ilə işləməyə məcbur edibmiş.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yaşayış binasında yanğın: 7 sakin təxliyə edilib
Bakıda taksi sürücüsünü döyüb pulunu və telefonunu aldılar - VİDEO
Rusiya hərbçiləri Ukraynanın Oleşki şəhərini ələ keçirib
Sürücülərin nəzərinə - Diqqət!
Telefonla danışan sürücü avtobusu insanların üstünə sürdü - FOTO
Prezident daha bir xalq artistinə ev bağışladı