29.10.2026 - 12:20
Xruşşovun nəticəsi məsuliyyətə cəlb edildi
Dünya 107 baxış

Xruşşovun nəticəsi məsuliyyətə cəlb edildi

SSRİ-nin keçmiş rəhbəri Nikita Xruşşovun nəticəsi Nina Xruşşova, xarici agentlərin fəaliyyət qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub. Onu 50 min rubla qədər cərimə gözləyir.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəmə materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, Nina Xruşşova Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin birinci hissəsi ilə ittiham edilir. Bu maddə, xarici agentlərin Rusiyadakı fəaliyyət qaydalarının pozulmasını əhatə edir. İş üzrə məhkəmə iclasının tarixi hələ təyin edilməyib.

Xruşşova, 2026-cı ilin martında Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb. O, 35 ildən artıqdır ABŞ-da yaşayır və politologiya professoru kimi fəaliyyət göstərir. Uzun müddətdir ki, Rusiya hakimiyyətini tənqid edən Xruşşova, liberal-demokrat mövqeyi ilə tanınır.

Xruşşova, 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsini pisləyib və Rusiyanın Ukraynaya qarşı müharibəsinə kəskin etirazını bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: