02.10.2026 - 16:19
Girnədəki gəmi qəzası: su keçirməz qapılar açıq qalıb
Hadisə 1 baxış

Girnədəki gəmi qəzası: su keçirməz qapılar açıq qalıb

Kuzey Kıbrıs Türk Respublikasının Girnə şəhəri yaxınlığında avqustun 30-da baş verən gəmi qəzası ilə bağlı araşdırmalar davam edir. Qəza ilə əlaqədar həbs olunan 9 şübhəlinin həbs müddəti 7 gün daha uzadılıb. Məhkəmədə gəmidəki təmir və su keçirməz qapılarla bağlı diqqət çəkən məlumatlar açıqlanıb.

Minval.info xəbər verir ki, şübhəlilər altıncı dəfə Girnə Qəza Məhkəməsinə çıxarılıb. Məhkəmə, araşdırmanın hələ tamamlanmadığını nəzərə alaraq, şübhəlilərin həbs müddətini uzadıb. Duruşmada texniki təhqiqatla bağlı yeni məlumatlar təqdim edilib.

Gəminin “qara qutusu” kimi tanınan VDR cihazının 25 sentyabrda tapılaraq polisə təhvil verildiyi bildirilib. Cihazın 30 sentyabrda Türkiyəyə aparıldığı və məlumatların USB yaddaşa köçürüldüyü qeyd edilib. Təhlillər hələ də davam edir.

Texniki qiymətləndirmədə gəmidə əvvəlki təmirin səthi və yetersiz olduğu vurğulanıb. Mühəndislərin fikrincə, gəminin fiber quruluşundakı çatlaq təhlükə yarada bilər. Su keçirməz qapıların açıq qalması isə ən vacib məqamlardandır. Uzmanlar, qapıların qapalı olması halında gəminin su alma sürətinin azalacağını bildiriblər.

Qəza ilə bağlı araşdırmalar və xilasetmə işləri davam edir. Girnə Qəza Məhkəməsi qarşısında qəzada həyatını itirənlərin yaxınları toplanıb. 259 sərnişin və 8 ekipaj üzvü olan gəmidə 239 nəfərin sağ qurtarıldığı, 18 nəfərin isə həyatını itirdiyi açıqlanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: