Girit adasında güclü yağış fəsadlar yaratdı
Yunanıstanın Girit adasında şiddətli fırtına və göy gurultusundan sonra başlayan güclü yağış selə çevrildi. Resmo bölgəsində selə qapılan bir heyvandarlıq təsərrüfatı işçisinin cəsədinin tapıldığı bildirilib. Sel nəticəsində yüzlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsi su altında qalıb, nəqliyyat şəbəkəsi zərər görüb və adanın bir çox yerində məktəblər bağlanıb.
Minval.info xəbər verir ki, fəlakətin ən çox təsir etdiyi bölgələrdən biri olan Mylopotamosda rəsmi olaraq fövqəladə vəziyyət elan edilib. Bölgədə bir körpünün çökərək suyun basqısına tab gətirə bilməməsi nəticəsində hərəkətdə olan avtomobil çaya düşüb. Avtomobildə qalan cütlük xilasetmə qrupları tərəfindən çətinliklə sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Girit Yanğınsöndürmə Xidməti 250-dən çox müraciət aldıqlarını və onlarla insanın qayıqlarla təhlükəsiz bölgələrə təxliyə edildiyini açıqlayıb.
Pazar gününə qədər qırmızı xəbərdarlıq
Yunanıstan Milli Meteorologiya Xidməti və Mülki Müdafiə Baş Katibliyi, Giritdə ən yüksək səviyyədə xəbərdarlıq olan qırmızı alarmın bazar gününə qədər qüvvədə qalacağını bildirib. Ege dənizi ətrafında fırtına gözlənildiyini və adanın şərq və cənub sahillərində yağışların davam edəcəyi barədə xəbərdarlıq edən rəsmilər, ada sakinlərini məcbur olmadıqca yola çıxmamağa və çay yataqlarından uzaq durmağa çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Flydubai təyyarəsində ikinci pilotun təhlükəli planı aşkarlandı
Sərnişin Bakı metrosunda dünyasını dəyişdi
Bakı metrosunda ölüm hadisəsi baş verib
Newcastle-da avtomobil izdihama çırpıldı: iki nəfər ağır vəziyyətdə
Quba-Xınalıq yolunda torpaq sürüşməsi nəticəsində yol bağlandı