13.08.2026 - 22:01
Hadisə 21 baxış

Giresunda ailə faciəsi: Tətil pikniki dəhşətə çevrildi

Türkiyənin Giresun vilayətində baş verən güclü yağışlar bir ailənin faciəsinə səbəb olub. Görele rayonunda Hamzalı kəndinin yüksək ərazilərində yağan leysan nəticəsində Zıva çayının su səviyyəsi yüksəlib və daşqın baş verib.

Minval.info xəbər verir ki, çayın kənarında piknik edən Mehmet və Zekiye Kırca cütlüyü, onların qızları Burcu və Burçin Kırca selə düşüblər. Mehmet Kırca öz imkanları ilə xilas olsa da, həyat yoldaşı və iki qızı güclü axında itkin düşüb. Hadisə yerinə AFAD, jandarm, polis, yanğınsöndürmə, təcili tibbi yardım və digər qurumların əməkdaşları cəlb olunub.

Axtarışlar nəticəsində 31 yaşlı Burcu və 26 yaşlı Burçinin cəsədləri hadisə yerindən təxminən 10 kilometr uzaqlıqda tapılıb. Bir gün sonra isə 57 yaşlı ana Zekiye Kırcanın cansız bədəni çay boyunca 6 kilometr aralıda aşkarlanıb.

Ailənin tətil üçün İstanbuldan doğma Giresuna gəldiyi, piknikdən sonra geri qayıtmağı planlaşdırdığı bildirilib. Həyat yoldaşını və qızlarını itirən Mehmet Kırcanın “Uşaqlarını götürüb getdin, məni tək qoydun” sözləri faciənin ən ağrılı anına çevrilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: