Generalın qızı keçmiş rəisi məhkəməyə verdi
General Natiq Əliyevin qızı Türkər Əliyeva, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin keçmiş rəisi Fuad İbrəhimovu və idarənin əməkdaşı Orxan Əlizadəni məhkəməyə verib. Bu barədə onun vəkili Məhərrəm Hacıyev məlumat verib.
Minval.info xəbər verir ki, Türkər Əliyeva idarədə olduğu zaman keçmiş rəis və əməkdaş tərəfindən qanunsuzluq və təhqirlərə məruz qaldığını iddia edir. Bu səbəbdən hər iki şəxs Cinayət Məcəlləsinin 148-ci maddəsi (Təhqir) ilə xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə verilib.
Xatırladaq ki, bir neçə gün öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimov vəzifəsindən azad edilib. Eyni zamanda, keçmiş idarə rəisi də Türkər Əliyevanı xüsusi ittiham qaydasında məhkəməyə verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi