Generalın qızı idarədə qalmaqal yaratdı: Dövlət sənədini cırdı, veteranla mübahisə etdi
Abşeron Ərazi İdarəsində baş verən hadisə zamanı Türkər Əliyeva daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət edib. İddialara görə, təqdim etdiyi sənədlərin həqiqiliyi ilə bağlı şübhələr yaranıb və bu, mübahisəyə səbəb olub.
Minval.info xəbər verir ki, mübahisə zamanı Türkər Əliyeva dövlət gerbi olan sənədi cıraraq dövlət qulluqçusunun üzərinə atıb. O, yüksək səslə danışarkən, növbədə olan İkinci Qarabağ müharibəsi veteranı ona sakit olmağı xahiş edib.
Türkər Əliyeva isə hadisə ilə bağlı yayımladığı video müraciətdə, idarədə Orxan Əlizadə adlı şəxsin ona təzyiq göstərdiyini bildirib və dövlət qurumlarından araşdırma aparılmasını tələb edib.
Türkər Əliyevanın keçmiş Müdafiə Nazirliyi idarəsinin rəisi, general-mayor Natiq Əliyevin qızı olduğu qeyd edilir. Natiq Əliyev uzun müddət Müdafiə Nazirliyində çalışmış və 2013-cü ildə general-mayor rütbəsi almışdır.
Hazırda tərəflərin irəli sürdüyü iddialarla bağlı araşdırmanın nəticəsi gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nikahsız toyun qızılları: Kimə qalır və necə geri alınır?
Ajda Pekkanın gənclik sirri: Tailand iksiri əvəzinə bəkməz və limon suyu!
Bülent Ersoy estetik əməliyyatdan sonra tanınmaz halda