İşdən çıxarılan generalın yerinə təyinat oldu
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun yerinə yeni təyinat olub.
Minval.info xəbər verir ki, modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəis müavini Orxan Əziz oğlu Qasımov Pentensiar Xidmətin rəis müavini təyin edilib.
Qeyd edək ki, təyinat dünən – sentyabrın 10-da gerçəkləşib. O.Qasımov dünən kollektivə təqdim edilib.
Xatırladaq ki, general Hüseyn Əlixanovun adı bir müddət əvvəl məhbuslar – “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçması ilə gündəmə gəlmişdi. Belə ki, generalın bacısı oğlu, qarovul rəisi Ceyhun Səmədov ölkə gündəmini zəbt edən bu olayla bağlı saxlanılmışdı. Həmin hadisədən sonra – bu ilin mayında general H.Əlixanov vaxtından əvvəl təqaüdə göndərildi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah"ın ev oyunları Bakı Olimpiya Stadionunda!
Bakı yollarında təmir: Sürücülərə yeni məhdudiyyətlər
Azərbaycan taekvondoçuları İsveçrədə gücünü sınayacaq
Gömrükdə milli valyuta ilə bəyan dövrü başladı
MİDA evləri mənzil bazarını ucuzlaşdırmayacaq!
Yasamalda mülkiyyət savaşı: Kərimovlar vs Mərdanova
Bakının tarixi binalarında icazəsiz dəyişikliklər aşkarlanıb