Gənclərin sosial media dili: Yeni ifadələrin mənası araşdırılır
Sosial media platformalarında sürətlə yayılan gənclik argosu, 2026-cı ildə dil institutları və lüğət redaktorlarının diqqət mərkəzinə çevrilib. Z nəsli (1997-2012 doğumlular) və Alfa nəsli (2012-2025 doğumlular) alt mədəniyyətlərdən və keçmiş populyar mədəniyyət məhsullarından əldə etdikləri anlayışları gündəlik dilə daxil edirlər.
Minval.info xəbər verir ki, Collins Lüğəti 2026-cı ilin sözü olaraq “mogging” ifadəsini seçib. Dictionary.com isə ilin sözü ünvanını “-maxxing” sonluğuna verib. Oxford İngilis Lüğətinin ilin sözü qısa siyahısında isə “doomerism” və “slopaganda” kimi müasir ifadələr yer alır.
Oxford İngilis Lüğəti Baş Redaktoru Conatan Dent, BBC-yə verdiyi açıqlamada, bu iki sözün gündəlik danışıq dilinə yaxın olduğunu, lakin klassik arqo formalarına tam uyğun gəlmədiyini bildirib. King’s College London Arqo və Yeni Dil Arxivi Direktoru Toni Torn isə gənclərin dili istifadə tərzini “çox yaradıcı” olaraq xarakterizə edib.
Sosial mediadan lüğətlərə: “mogging”, “aura” və “-maxxing”
Bu il istifadəsi 210 faiz artan “mogging”, bir şəxsin görünüşü, tərzi və ya özünə inamı ilə başqasını kölgədə qoymasını ifadə edir. Kökü kişi yönümlü onlayn icmalardakı “AMOG” (qrupun alfa kişisi) ifadəsinə dayanan bu söz, zamanla daha geniş mənaya sahib olub.
“Aura” anlayışı da populyarlığını qoruyur və gənclər “aura xalı” qazanıldığını və ya itirildiyini bildirirlər. “Aura farming” isə dəbli görünmək üçün həddindən artıq səy göstərməyi ifadə edir. Şəxsi inkişaf və özünü maksimum dərəcədə inkişaf etdirmə obsesiyası isə “-maxxing” sonluğu ilə ifadə edilir. “Yuxu-maxxing” və ya “protein-maxxing” kimi istifadə formaları, bir hərəkəti mümkün olan ən yaxşı şəkildə yerinə yetirmə cəhdini təsvir edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Britaniyada gənclərin cinsi vərdişləri dəyişir
Yapon qida tədqiqatçısı Türkiyənin mətbəx ənənələrini araşdırır
Türk tədqiqatçı Riemann hipotezini həll etdiyini iddia edir
Ramiz Mehdiyevin cəzası ağırlaşdırıla bilər - DETALLAR
Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı
Bəzi anları niyə heç vaxt unutmuruq? Alimlər səbəbini tapdı