“Gecikirəm, maaşımdan kəsəcəklər” - Yolda qalanların öz dilindən...(Video)
Xəbər verdiyimiz kimi, Bakı metrosu işləmədiyindən şəhərdəki avtobus dayanacaqlarında sıxlıq müşahidə olunur. Xüsusilə də, “20 Yanvar”, “Koroğlu” və “Neftçilər” metrostansiyalarının yaxınlığındakı avtobus dayanacaqlarında böyük izdiham yaranıb.
Həmin ərazidə avtobuslar gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsinə baxmayaraq sərnişinlər gedəcəkləri ünvana çatmaqda çətinlik çəkirlər. Sıxlıq yarandığından xeyli insan işə, imtahana gecikib. Avtobusların azlığı sıxlığın daha da böyüməsinə səbəb olub.
Üstəlik, sərnişinlər qeyd edir ki, rəsmi şəkildə elan edilməsinə baxmayaraq, bəzi avtobus sürücüləri sərnişinlərdən gediş haqqı tələb edirlər. Bundan əlavə, işə taksi ilə getmək istəyən vətəndaşlar da fantastik qiymətlə qarşılaşıblar. Belə ki, sürücülər 1 nəfərə 5 manat ödəniş müqabilində sərnişinləri metro ətrafına çatdırıb.
https://youtu.be/U3EZ5TjErmA
“Qafqazinfo”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı