"Gecə 12-yə qədər ailəsiylə söhbət edib, dondurma, banan yeyib" - İntihar edən 17 yaşlı Gülərin əmisi qızı
İki gün öncə intihar edən Zaqatala rayon Əliabad kənd sakini, 17 yaşlı Gülər ismayılovanın özündən 15 yaş böyük kişiylə nişanlanması barədə deyilənlər həqiqət deyil.
Minval.info bildirir ki, bu barədə ölkə.az-a açıqlamasında Gülərin əmisi qızı Aynur İsmayılova məlumat verib:
“15 yaş böyük insana ərə verilməsi barədə deyilənlər yalandır. Öz istədiyi olub, amma nişanlı deyildilər. Nişan məsələsi də həqiqət deyil. İntihar səbəbini özümüz də bilmirik. Şokdayıq… Gülərgil iki bacı, bir qardaşdılar. Bu yaxınlarda bacısının nişanı olub. Yəqin ona görə camaat səhv salıb”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
A. İsmayılova Gülərin ailəsiylə münasibətləri barədə danışmaq istəməyib:
“Hadisə səhər saat 5 radələrində baş verib. Gecə 12-yə qədər ailəsiylə söhbət edib, dondurma, banan yeyib. Heç bir problemləri olmayıb. Ailəsiylə münasibətləri barədə dəqiq məlumatım yoxdur”.
Qeyd edək ki, Əliabad kənd icra nümayəndəsi Həsən Həsənov əməkdaşımızla söhbətində G.İsmayılovanın özündən 15 yaş böyük oğlanla nişanlanmağına etiraz edərək, özünü evlərinin həyətyanı sahəsindəki tövlədən kəndirlə asdığını bildirmişdi.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda