“Gətirdim ki, işləyəndə çəkim” - Qarnından narkotik çıxan şəxsin açıq ETİRAFLARI – VİDEO – FOTO
Şəkidən Daşkəsənə narkotik gətirən şəxs polis tərəfindən saxlanılıb.
Minval.info xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Şərur rayon sakini Yaşar Şəfiyevi şübhəli şəxs qismində saxlayıblar. Üzərinə baxış zamanı onun qarnında narkotik vasitə olan marixuana gizlətdiyi müəyyən edilib.
Nicat Cəfərli – müstəntiq: “Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman şalvarın önündə qarın nahiyyəsində gizlətdiyi paketin içərisindən təmiz çəkisi 312 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb”.
Əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayan Yaşar Şəfiyev istintaqa ifadəsində narkotik vasitəni Şəki şəhəri ərazisində yol kənarından topladığını və şəxsi istifadəsi üçün Daşkəsən rayonuna gətiriyini deyib.
Yaşar Şəfiyev – saxlanılan şəxs: “Şəkidən yolun qırağından yığmışdım. Çəkəniyəm. Orada bir iki dəfə özüm istifadə etdim. Daşkəsənə işləməyə gəldim. Gətirdim ki özümçün işləyəndə istifadə edim”.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi