Gənc əsgərlərin andiçmə mərasimləri: Vətənə sadiqlik andı ilə yeni başlanğıc
Azərbaycan ordusunda gənc əsgərlərin andiçmə mərasimləri təntənəli şəkildə baş tutub. Bu tədbirlər Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiqlədiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq avqustun 16-da həyata keçirilib.
Minval.info xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, mərasimlərdə hərbi orkestrlərin müşayiəti ilə Döyüş bayraqları sıra meydanlarına gətirilib və tədbirlər rəsmi olaraq açıq elan edilib.
Mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Gənc əsgərlər Vətənə sadiq olacaqlarına dair and içiblər.
Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana sadiq olmalarını, hərbi anda riayət etmələrini, döyüş hazırlıqlarını yüksəltmələrini və torpaqlarımızın müdafiəsinə hər an hazır olmalarını tövsiyə ediblər.
Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə sona çatıb. Sonda hərbi hissələrdə vətənpərvərlik ruhunda mədəni-kütləvi tədbirlər təşkil olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xırdalan və Masazıra gedən taksilərin fəaliyyəti bərpa edildi
Bakıya güclü leysan yağışı gözlənilir
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı
Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq
Azərbaycanda yeni qəsəbənin inşasına başlanılır