Gəncə işində ömürlük cəza tələbi
Gəncə hadisələri ilə bağlı daha bir məhkəmə işi sona çatıb. Amma məhkəmə iclasında böyük gərginlik yaşanıb. Buna görə də təcili tibbi yardım çağırılıb.
Bizimyol.info xəbər verir ki, prokuror 7 nəfərlik qrup üzvlərinə cəza təkliflərini irəli sürüb. Onlardan birinə – Oqtay Hüseynzadəyə hətta ömürlük cəza verilməsini istəyib. Oqtay Hüseynzadə deyib ki, ona cəza kəsilsə, məhkəmə zalındaca intihar edəcək.
Prokuror Rauf Bayramova 4, onun atası Hüseyn Bayramova 10 il həbs cəzası verilməsini təklif edib. Bundan başqa, Ürfan Məmmədova 20, Eşqin Quliyev, Abbas Abbasov, Elşən Məmmədova 10 ildən 19 ilə qədər cəzalar istənilib.
Prokurorun cəza tələbi vaxtı məhkəmədə bir daha gərginlik yaşanıb. Təqsirləndirilən şəxslər və onların yaxınları etirazını bildirib. Halı pisləşənlər olub. Bundan sonra məhkəməyə təcili tibbi yardım gəlib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
