Gəncədə "patı" satanlar tutuldu

Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
“Minval.info” “Report”-a istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Samir Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0.3 qram çəkidə narkotik maddə olan “metamfetamin” (patı) aşkar edilib. S. Hüseynovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, narkotik maddəni tanışı Mətləb adlı şəxs 10 manata satıb. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Mətləb Əliyev saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərindən isə 0.33 qram narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.
ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Samir Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0.3 qram çəkidə narkotik maddə olan “metamfetamin” (patı) aşkar edilib. S. Hüseynovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, narkotik maddəni tanışı Mətləb adlı şəxs 10 manata satıb. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakiniMətləb Əliyev saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərindən isə 0.33 qram narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.
ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Hüseyn Allahverdiyev saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 3.17 qram çəkidə narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı ŞBPİ-nin İstintaq və Tədqiqat İdarəsində araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi