К содержанию

Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb – FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “minval.info”ya verilən məlumata görə, avqust ayının 1-də BPİ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirliməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanlıraq Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə gətirilib.

Bölmədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, şəhər sakinləri Bəxtiyar Kərimov və Yaşar Səfərov əvvəlcədən danışaraq nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.

Həmin şəxslər də daxil olmaqla 7 nəfər məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Polis əməkdaşlarla onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Tarix: 2020/08/02 11:42

Ölkə

Baxış sayı:

94

  Dostlarımızın xəbərləri

Digər xəbərlər

“Davam” və ANİİA arasında niyyət sazişi imzalanıb

18 iyun tarixində Bakı Dayaq Mərkəzində “Davam” Gənclər Hərəkatı və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının iştirakı

“Qırmızı Körpü”nün eks-baş inspektoru məhkəmə zalında həbs edildi

Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” postunun baş inspektoru işləmiş Pərviz Hüseynov rüşvət almaqda ittiham edilərək həbs edilib.

Rafael Cəbrayılovun məhkəməsi başladı – Sabiq deputat jurnalistləri məhkəmədə istəmir

15 ilə yaxın Milli Məclisin deputatı olmuş, sonda deputat vəsiqəsini girov qoyaraq borca pul alan Rəfael Cəbrayılov

Məktəb direktoru katibənin maaşını mənimsədi, cinayət işi açıldı

Cəbrayıl Peşə Məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Füzuli aeroportunun tikintisində son vəziyyət açıqlandı

Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolaqlarında işlər sentyabrın 5-nə kimi tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək

Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir – DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi yeraltı və yerüstü keçidlərdə maska taxmağın məcburi olması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Erməni əsirliyində olmuş şəxs: “Dişlərimi çıxarırdılar”

“1993-cü ildə ermənilər tərəfindən əsir götürülmüşəm”.

Komitə sədrindən şəhid ailələri və qazilərlə bağlı VACİB MÜRACİƏT

Milli Məclisin iclasında çıxış edən komitə sədri Musa Quliyev dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çox

Azərbaycanda təyyarədə əl yükünə qoyulan qadağa LƏĞV EDİLDİ

Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağa ləğv edilib.