Gəncədə doğum günü faciəsi: Restoran mübahisəsi ölümə gətirib çıxardı
Gəncədə bir restoranda baş verən qətl hadisəsi ilə əlaqədar 7 nəfər saxlanılıb. Bu şəxslər hadisə zamanı restoranda xuliqanlıq etdikləri üçün hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüblər.
Minval.info xəbər verir ki, qətl hadisəsi baş verdikdən dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları “Günəş” restoranına gələrək, hadisənin şahidi olan şəxsləri ifadə verməyə dəvət ediblər. Lakin bu şəxslər üzrlü səbəbləri olmadan ifadə verməkdən imtina ediblər və polisin qanuni tələblərinə əməl etməyiblər.
Nəticədə, həmin gün restoranda doğum günü qeyd edən 24 yaşlı şəxs və onunla birlikdə olan 26, 23, 31, 21 və iki nəfər 28 yaşlı dostları saxlanılaraq polis şöbəsinə aparılıblar. Onların hər biri barəsində müvafiq protokollar tərtib edilib.
ƏLAQƏLİ
Bakıda yeniyetmələrin elektron qəlyan savaşı: Dostluq bıçaq zərbəsi ilə bitdi
Saxlanılan şəxslər hadisə zamanı sərxoş olduqlarını bildiriblər və əməllərindən peşman olduqlarını ifadə edərək, yüngül cəza verilməsini istəyiblər. Məhkəmənin qərarı ilə ad günü olan şəxs 25 gün, onun 23 yaşlı dostu 5 gün, digər beş nəfər isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, hadisə avqustun 6-da Gəncə şəhəri Z.Hacıyev küçəsində yerləşən “Günəş” restoranında baş verib. Ad günü məclisinə yığışan dostlarla yan otaqdakı şəxslər arasında mübahisə yaranıb və nəticədə 43 yaşlı Asif Yusifov aldığı bıçaq xəsarətlərindən həyatını itirib. Cinayəti törətməkdə şübhəli bilinən 20 yaşlı M. Məmmədzadə polis tərəfindən saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dərnəgüldə təhlükəli vəziyyət: Yol çökmə ərəfəsində?
Bakıda itkin düşən qadının dəhşətli aqibəti: Oğul qətli etiraf etdi
Livan tarix yazdı: Ölüm hökmü ərəb dünyasında ilk dəfə ləğv edildi
Məmurların adından gələn təcili mesajlar: Pul tələsinə düşməyin!
Onlayn alış-verişdə təhlükə: Fırıldaqçılar necə aldatır?