Futbol azarkşelərinə şad xəbər - “CBC Sport” və “İdman Azərbaycan”...
“CBC Sport” telekanalı azarkeşləri sevindircək addım atıb.
Minval.info xəbər verir ki, telekanaldan verilən məlumata görə, Azərbaycanın futbol azarkeşlərinin və auditoriyanın maraqlarını nəzərə alaraq, bu mövsüm “CBC Sport” TV-nin Azərbaycan ərazisində yayımı üzrə müstəsna hüquqlara malik olduğu UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və futbol üzrə İspaniya çempionatının ölkə ərazisinə yayım əhatəsini genişləndirmək və auditoriyanın daha çox sayda oyun izləməsini təmin etmək məqsədilə “CBC Sport” və “İdman Azərbaycan” telekanalları arasında memorandum imzalanıb.
Memorandumun müddəalarına əsasən, yuxarıda adıçəkilən yarışlar çərçivəsində eyni vaxtda başlanan və “CBC Sport”un efirində yayımı mümkün olmayan oyunların siqnalı “İdman Azərbaycan” telekanalına təmənnasız şəkildə ötürülür. Azərbaycan teleməkanında ilk dəfə bu cür addım atan “CBC Sport” TV ümid edir ki, izləyicilər və Azərbaycandakı futbol azarkeşləri bu yenilikdən razı qalacaq, həmçinin bu cür addımlar gələcək layihələr üçün örnək rolunu oynayacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir