Fuad Poladovu bizdən alan xəstəliklə bağlı vacib faktlar
Azərbaycanın xalq artisti Fuad Poladov ağciyər xərçəngindən vəfat edib.
Bəs ağciyər xərçəngi nədir, simptomları hansılardır?
Minval.info saytı medicina.az-a istinadən görkəmli aktyorun vəfatına səbəb olan xəstəliklə bağlı bəzi vacib məlumatları təqdim edir:
Ağciyər xərçəngi ən gizli gedən, çox vaxt bədxassəli olub, sürətlə residiv və metastaz verən xəstəlikdir. Kliniki formaları o qədər çoxdur ki, bir çox ağciyər xəstəliklərinin simptomları altında gizlənə bilir. Hazırda dünyada onkoloji xəstəliklər sırasında liderdir.
Risk faktorunda olanlar:
-İrsi, nəsildən keçmə – ən azı 3-5 qohumda bu növün olması
-Ekzogen – aşırı tütün çəkmə, konsaragen çirkli hava ilə nəfəs almaq
-Endogen – 50 yaşından sonra pnevmaniya, bronxit, endokrinopatiya və s. xroniki xəstəliklərdən əziyyət çəkmə.
Formaları:
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
-Mərkəzi – iri bronxları tutur
-Periferik – daha nazik bronxları tutur, düyünvari, pnevmaniyaya bənzər
-Mediastinal – limfadüyünlərin metastazı, digər orqanlardan keçid.
ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Əsas simptomları:
-Şişin yerləşməsindən asılı olaraq dəyişir: bronxların qapanması, üzərinin örtülməsi, güclü öskürək, qan gəlməsi, tez tez hıçqırma, sinədə ağrı
-İntoksikasiya əlamətləri: yorğunluq, əzginlik, anoreksiya, sürətlə arıqlama və s.
-Xəstələr öskürərkən tüpürcəkdə və bəlğəmdə al qan izləri görənə kimi həkimə getmirlər. Bu siqnal isə artıq şişin 3-cü mərhələyə keçdiyini göstərir
-60% xəstələrdə sinədə, kürəkdə ağrılar olur
-Öskürək reflektordur, bronxlardan səs gəlir. Əvvəlcə quru öskürək, sonra nəm, irinli bəlğəmlə müşayiət olunur
-Hıçqırma və gəyirmələrin intensivliyi artır
-Ən tipik simptom obturasion pnevmaniyanın sürətlə residivləşməsidir. 50 yaşından sonra xüsusən çox siqaret çəkən kişilər pnevmaniya simptomlarını nəzərdən qaçırmasınlar
Diaqnostikası:
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
Xərçəngin bu forması o qədər gizli və simptomsuz inkişaf edir ki, həm pasiyenti, həm həkimləri çaşdırır.
Ən ağır forması xırda hüceyrəli formadır. Bu hidtoloji forma dərhal metastaz verir və müalicəyə az tabe olur. Bu növ çox nadir halda rast gəlinir və ağciyər paylarını bərabər olaraq tam örtür.
Müalicəsi:
ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Şişin lokalizasiyası və dərəcəsindən asılı olaraq seçilir.
Kombinə olunmuş müalicə effektivdir: cərrahi müdaxilə, kimyaterapiya və şüa terapiyası.
Xırdahüceyrəli şişi demək olar ki, əməliyyat etmirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi