Fuad Abbasovdan Paşayevə cavab: “Vəkilim deyil!”
Vəkil Elman Paşayevin barəmdə söylədikləri həqiqətə uyğun deyil.
Bu sözləri hazırda həbsdə olan jurnalist Fuad Abbasov Musavat.com-a müraciətində deyib.
E.Paşayevin onun vəkili olmadığını vurğulayan jurnalist azadlığa çıxandan sonra hər şeyə aydınlıq gətiriləcəyini bildirib:
“Elman Paşayevə mənim barəmdə mətbuata hər hansı bir məlumat verilməsi qadağan edilmişdir. O, mənim vəkilim deyil. Elman Paşayev mənim valideynlərimlə görüş zamanı mənim iş adamı Füzuli Məmmədovun tərəfinə keçməyimi tələb edib. Mən də buna etiraz etmişəm”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Jurnalist eyni zamanda onun saxlandığı yerə günün istənilən saatında girib-çıxmanın da mümkün olmadığını, vəkilin bu barədə dediklərinin həqiqətə uyğun olmadığını bildirib:
“Mən Azərbaycana geri qayıtmamaq məqsədi ilə yox, 10 gün ərzində Apellyasiya Məhkəməsinə müraciət edərək haqsızlıqlara son verilməsi üçün həbsdə qalmağa qərar vermişəm. Bundan başqa, mənim vəkillərim diletant deyillər. Elman Paşayevin vəkillik lisenziyası olmadığı üçün, yüksək peşəkar vəkillərlə müqavilə imzalanıb”.
Xatırladaq ki, bir neçə saat öncə E.Paşayev musavat.com-a açıqlamasında F.Abbasovun siyasi məqsədlər üçün həbsdə qalmaq istədiyini, diletant vəkillər tərəfindən idarə olunduğunu, sonuncuların onu yanlış yönləndirdiyini bildirmişdi. Vəkil eyni zamanda jurnalistin Azərbaycana qayıtmaq istəməməsinin arxasında da “siyasi qəhrəman” olma istəyinin dayandığını demişdi.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
