Fuad Abbasov Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək: “Əgər bütün qərarlar ləğv edilməsə...”
“Rusiya yüksək məhkəməsindən müsbət cavab çıxmasa Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyəm”.
Bu sözləri Rusiyadan deportasiya olunan jurnalist Fuad Abbasov hazırda keçirilən mətbuat konfransında səsləndirib.
O qeyd edib ki, Rusiya bu məsələdə hüquqi dövlət kimi davranmadı: “ Rusiya sanki hüquq dövləti deyil, orada sanki heç bir qanun işləmir. Bu gün vəkil Teyyub Şərifov Moskva Əyalət Məhkəməsindən sənədləri alıb yüksək məhkəməyə şikayət edib. İnanıram ki, Müksək məhkəmə Rusiya məhkəmələrinin adını batırmamaq üçün bu günə qədər haqqımda çıxarılan bütün qərarları ləğv edəcək. Əks halda mən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyəm. Mən bir Azərbaycan jurnalistinin qanunsuz olaraq həbs edilməsinə susmaq niyyətində deyiləm”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda