Əfsanə gerçək oldu: Qədim misirlilərin qeyri-adi texnologiyası tapıldı – Fotolar
Arxeoloqlar qədim misirlilərin istifadə etdiyi böyük bir qayıq tapıb. Alimlər bunun mövcud olması haqda uzun müddətdir fikir ayrılığı yaşayırdı. Herodot hələ eramızdan əvvəl 450-ci ildə belə qayıqlar barədə yazmışdı.
Bizimyol.info “ScienceAlert”-ə istinadən xəbər verir ki, qayıq su altında qalmış qədim Tonis-Heraklion şəhərinin yaxınlığında, İsgəndəriyyənin şimal-şərqində tapılıb.

Qayığın əvvəllər müşahidə olunmayan quruluşu var. Böyük aypara şəklindəki gövdəsi, qalın mıxlarla bərkidilmiş taxtalar ənənəvi təsir bağışlamır. Qayıq 28 metr uzunluğundadır, Nil çayında hərəkət üçün nəzərdə tutulubmuş. Buna hətta kiçik gəmi də demək olar.

Akasiya ağacından hazırlanmış qayığın 70 faizi yaxşı qalıb. Elm adamlarının fikrincə, qayıq Herodotun təsvirlərinə çox bənzəyir.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"

Herodot eramızdan əvvəl 484-425-ci illərdə yaşayıb. Qədim yunan tarixçisi Babilə, Assuriyaya, Misirə, kiçik Asiyaya, Balkan yarımadasına səyahətlər edib, gördüklərini yazıb. “Tarix” traktatında Avrasiya xalqlarının əksərinin həyatını təsvir edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir
