Tramp üçüncü dəfə impiçment təhlükəsi ilə üz-üzədir
Donald Tramp, iki prezidentlik dövrünə də Konqresin iki palatasında Respublikaçıların çoxluğu ilə başlamışdı. Lakin 2018-ci il aralıq seçkilərində Nümayəndələr Palatasını Demokratlara itirdi, Senatdakı çoxluğu isə saxladı. 2026-cı ildə isə vəziyyət dəyişdi və Demokratlar hər iki palatada da üstünlük qazandı.
Minval.info xəbər verir ki, Tramp üçün yeni vəziyyətdə ən kritik məsələ impiçment prosesinin yenidən gündəmə gəlməsi ehtimalıdır. İlk dövründə iki dəfə impiçment olunmuş Tramp, Senatdakı mühakimələrdə yetərli səslərin toplanmaması səbəbindən vəzifəsini davam etdirmişdi. Lakin indi bu qoruyucu qalxan tamamilə aradan qalxıb.
İstanbul Aydın Universitetinin müəllimi Yeliz Albayrak, “Bugünkü nəticələrlə iki dövr arasında böyük bir fərq ortaya çıxdı” deyə bildirdi. Demokratların Nümayəndələr Palatasında üstünlük qazanması, Trampın ilk dövrünün ikinci yarısında Konqreslə münasibətlərini də təsir etdi. Nensi Pelosinin Nümayəndələr Palatası sədri olduğu dövrdə Trampın rəhbərliyinə qarşı araşdırmalar aparılırdı və impiçment prosesləri başlanmışdı.
Avropa İttifaqı Ukraynaya 4.89 milyard dollar məbləğində kredit ayırdı
Albayrak əlavə etdi ki, “Bu dəfə Trampı xilas edəcək bir Senat da yoxdur.” Bu yeni Konqresin yeni araşdırmalara və impiçment proseslərinə yol aça biləcəyini qeyd edən Albayrak, ABŞ tarixində impiçment nəticəsində vəzifədən alınmış bir prezident olmadığını xatırlatdı.
Tramp isə Konqresdəki çoxluğu itirməsinə baxmayaraq, əlindəki veto hüququ ilə öz mövqeyini qorumağa çalışacaq. Albayrak qeyd edir ki, “Tramp, büdcə qərarları ilə əlaqədar və digər məsələlərdə veto hüququnu istifadə edərək, çətinliklərlə mübarizə aparacaq.”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropa İttifaqı Ukraynaya 4.89 milyard dollar məbləğində kredit ayırdı
Fransada yüz minlərlə insan yenidən küçələrdə
Fransada tələbələrin etirazlarına polis müdaxiləsi
Honq Konq demokratiya fəalı Coşua Vonqa 10 il həbs cəzası verildi
ABŞ-da seçkilər: Demokratlar tarixi qələbələr qazandı
Avropada Trampın zəifləməsi: yeni siyasi ssenarilər