05.11.2026 - 10:54
Zelenski ABŞ nümayəndələri ilə üçlü formatda görüşə hazırlaşır
Dünya 212 baxış

Zelenski ABŞ nümayəndələri ilə üçlü formatda görüşə hazırlaşır

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-ın keçmiş prezidenti Donald Trampın nümayəndələri Cared Kuşner və Stiven Vitkoff ilə telefonda müzakirə aparıb. Bu barədə Zelenski öz sosial media hesabında məlumat verib.

Minval.info xəbər verir ki, Zelenski, 1,5 saat davam edən bu görüşdə Rusiya-Ukrayna müharibəsinin müzakirə edildiyini bildirib. O, ABŞ və Rusiya arasında heyətlər səviyyəsində üçlü formatda görüşlərin təşkilinə hazırlaşdıqlarını qeyd edib və bu görüşlərin bir həftədən az müddət ərzində baş tutacağını açıqlayıb.

Ukrayna lideri, müharibənin sona çatdırılması və Ukraynanın təhlükəsizlik təminatları mövzusunda Brüsseldə də danışıqların davam etdiyini vurğulayıb. O, “Bu müharibəni mümkün olan ən qısa zamanda sona çatdırmaq üçün danışıqların ən intensiv şəkildə aparılması lazımdır. Ukrayna, lazım olan addımları atmağa hazırdır, təkliflərimiz aydındır və onları ABŞ tərəfinə çatdırmışıq,” deyə qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: