Fransada tələbələrin etirazlarına polis müdaxiləsi
Fransada hökumətin təhsil sahəsindəki öhdəliklərini yetərsiz hesab edən tələbələr müxtəlif şəhərlərdə lisey və universitetlərdə etiraz aksiyalarını davam etdirirlər. Bu gün üçün ümumi tətil çağırışı edən sendikaların təşəbbüsü ilə tələbələr Parisdə Panheon-Assas Universitetinin qarşısında zibil qutularından barrikadalar quraraq girişləri bağlayıblar. Lakin polis qüvvələri onları geri çəkilməyə məcbur edib.
Minval.info xəbər verir ki, sosial mediada yayılan görüntülərdə hüquq-mühafizə orqanlarının etirazçıları itələyərək bölgədən uzaqlaşdırdığı anlar əks olunub. Paytaxtda Victor Hüqo, Sophie Germain, Claude Monet, Helene Boucher, Simone Weil liseyləri başda olmaqla bir çox məktəbdə tələbələr zibil qutuları və barrikadalarla məktəbləri mühasirəyə alıblar.
Bordo şəhərində, Camille Jullian Liseyinin qarşısında zəncir şəklində aksiya keçirmək istəyən tələbələr də polis tərəfindən uzaqlaşdırılıb. Paris və Bordo ilə yanaşı, Rennes və Lille də mühasirə aksiyalarının keçirildiyi əsas şəhərlər arasındadır. Fransada lisey tələbələri 17 sentyabrdan bəri təhsil şəraitinin yaxşılaşdırılması, məktəblərə daha çox imkanlar təmin edilməsi və müəllim sayının artırılması tələbi ilə etirazlar keçirirlər.
Avropa İttifaqı Ukraynaya 4.89 milyard dollar məbləğində kredit ayırdı
Hökumətlə lisey sendikaları və nümayəndələri arasında aparılan müzakirələr zamanı azalan etirazlar, hökumətin təhsil sektoruna dair öhdəliklərinin yetərsiz hesab edilməsindən sonra yenidən canlanıb. Universitet tələbələri və sendikaların da dəstək verdiyi bu 1,5 aylıq etirazlarda polis müdaxiləsi müzakirələrə səbəb olub və təxminən 8 min nəfər gözaltına alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropa İttifaqı Ukraynaya 4.89 milyard dollar məbləğində kredit ayırdı
Fransada yüz minlərlə insan yenidən küçələrdə
Tramp üçüncü dəfə impiçment təhlükəsi ilə üz-üzədir
Honq Konq demokratiya fəalı Coşua Vonqa 10 il həbs cəzası verildi
ABŞ-da seçkilər: Demokratlar tarixi qələbələr qazandı
Avropada Trampın zəifləməsi: yeni siyasi ssenarilər