Çində sabiq Politbüro üzvü rüşvət ittihamı ilə mühakimə olunur
Çin prokurorları, hakim Kommunist Partiyasının sabiq Politbüro üzvü Ma Sinqruiyə qarşı rüşvət ittihamı irəli sürüb. Bu barədə dövlət mediası məlumat yayıb.
Minval.info xəbər verir ki, Çinin Ali Xalq Prokurorluğu 67 yaşlı Ma Sinqruiyə qarşı rüşvət alma ittihamı ilə həbs qərarını verib. Xinhua xəbər agentliyinin məlumatına görə, iş Hubei əyalətinin Yichang şəhərindəki Xalq Prokurorluğuna göndərilib.
Ma Sinqrui 2022-ci ildən bəri Politbüro üzvü olaraq fəaliyyət göstərib və keçən ay partiya tərəfindən vəzifəsindən azad olunan 33 məmurdan biridir. O, əvvəllər Kommunist Partiyasının Mərkəzi Komitəsinin Kənd Təsərrüfatı İşləri üzrə Aparıcı Qrupunun sədr müavini vəzifəsində çalışıb.
Avropa İttifaqı Ukraynaya 4.89 milyard dollar məbləğində kredit ayırdı
İttihama görə, Ma, müxtəlif vəzifələrindən və səlahiyyətlərindən istifadə edərək başqalarına fayda təmin etmək məqsədi ilə qanunsuz olaraq böyük məbləğdə pul və qiymətli əşyalar qəbul etməkdə ittiham edilir.
Hakim partiya iyul ayında Ma Sinqruiyə qarşı araşdırma başladığını elan etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropa İttifaqı Ukraynaya 4.89 milyard dollar məbləğində kredit ayırdı
Fransada yüz minlərlə insan yenidən küçələrdə
Fransada tələbələrin etirazlarına polis müdaxiləsi
Tramp üçüncü dəfə impiçment təhlükəsi ilə üz-üzədir
Honq Konq demokratiya fəalı Coşua Vonqa 10 il həbs cəzası verildi
ABŞ-da seçkilər: Demokratlar tarixi qələbələr qazandı
Avropada Trampın zəifləməsi: yeni siyasi ssenarilər