01.09.2026 - 12:58
Kriminal 21 baxış

Flyblast rəhbəri Polşada həbs edildi!

Azərbaycanın ən böyük turizm şirkətlərindən biri olan ‘Flyblast’ın rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib. Onun həbsinə səbəb Azərbaycan Respublikası tərəfindən axtarışa verilməsidir.

Minval.info xəbər verir ki, Rövşən Abdullayev müştərilərdən 1 milyon manata yaxın məbləği dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. ‘Flyblast Agency Travel’ şirkəti aviabilet satışı, turpaketlər, xarici və daxili turlar, viza dəstəyi, transfer və müxtəlif turizm xidmətləri ilə məşğul olub. Lakin xidmətlər göstərilən zaman bir neçə vətəndaş aldadılıb.

Vətəndaşların şikayəti əsasında Xətai Rayon Prokurorluğu tərəfindən Rövşən Abdullayevə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb. Ölkədə olmadığı üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və şirkət fəaliyyətini dayandırıb.

Ən son məlumata görə, Rövşən Abdullayev artıq Polşada həbs edilib və hazırda ekstradisiya edilməsi üçün işlər aparılır. Gələcəkdə təqsiri sübuta yetirilsə, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda onu 14 ilə kimi həbs gözləyir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: