FHN-dən elektrik enerjisi ilə bağlı — SON AÇIQLAMA

Minval.İnfo xəbər verir ki, bunu APA-ya Fövqəladə Hallar Nazirliyinin rəsmisi bildirib.
Məlumatda qeyd olunub ki, baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı proses Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətindədir.
Nazirlik rəsmisi vurğulayıb ki, hazırda qəzanın nəticələrinin aradan qaldırılması üçün iş aparılır, eyni zamanda Bakı Metropolitenində tuneldə və stansiyalarda qalmış şəxslərin evakuasiya prosesi həyata keçirilir, bu proses yaxın dəqiqələrdə yekunlaşacaq.
“Vəziyyət tam nəzarət altındadır. Qəza-bərpa və evakuasiya işləri davam etdirilir. Əhalini narahat olmamağa, təşvişə düşməməyə çağırırıq” deyə, FHN rəsmisi qeyd edib.
Məlumatda o da vurğulanıb ki, baş vermiş hadisə və onun nəticələrinin aradan qaldırılması ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dində “Cin çıxartmaq” anlayışı varmı? – Açıqlama
Eldar Əzizovla Vüsal Kərimlinin parkinq DAVASI - Qanunları pozan KİMDİR?..
Bu gün Türkiyədə 90 min məsciddə şəhidlərimiz yad edilir
SON DƏQİQƏ! Sabiq prezidentin qızı SAXLANILDI - İranda nə baş verir?
Bakıda yollar niyə çökür? - SƏBƏBLƏR
Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib - SİYAHI