Fevralda iki maqnit qasırğası gözlənilir
Rusiyanın Fizika İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası fevralın 20-də geomaqnit qasırğasının baş verəcəyini açıqlayıb.
Bu barədə “RİA Novosti” laboratoriyaya istinadən məlumat yayıb.
Bundan əvvəl, fevralın 1-də baş verən birinci kateqoriyalı maqnit qasırğası Bakı vaxtı ilə gecə saat 02:00-03:00 radələrində qeydə alınıb, geomaqnit şəraitdə və ya peyk sistemlərinin işində hər hansı nəzərəçarpan dəyişiklik yaratmayıb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Fevralın 1-də baş verən maqnit qasırğası cari ildə sayca üçüncü olub. Laboratoriyanın məlumatına əsasən, yanvarın 5-də və fevralda baş verən maqnit qasırğası Günəşin eyni koronal dəliyindən qaynaqlanıb. Plazma axını əsasında tədqiqatçılar növbəti maqnit qasırğasının Yerə fevralın 20-də daxil olacağını hesablayıb.
Alimlərin proqnozlarına görə, Günəşin aktivliyində hər hansı əhəmiyyətli dəyişiklik baş verməsə, növbəti maqnit qasırğası fevralın 28-i və ya martın 1-nə təsadüf edəcək.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar