Fermerlərin nəzərinə: sığorta haqqının 50 faizini dövlət ödəyir
Kənd təsərrüfatı ilə məşğul olan fermerlər üçün məhsullarını müxtəlif risklərdən qorumaq və mümkün maddi itkiləri minimuma endirmək olduqca vacibdir. Baku.ws-in məlumatına görə, əlverişsiz hava şəraiti və digər gözlənilməz hadisələr əkin sahələrinə ciddi ziyan vura bilər.
Bu baxımdan, aqrar sığorta fermerlərin təsərrüfatını qorumaq üçün mühüm vasitələrdən biri hesab olunur. Bəs fermerlər əkin sahələrini sığortalamaq üçün hara və necə müraciət etməlidirlər? Hansı hallarda aqrar sığorta mexanizmi işə düşür?
Məsələ ilə bağlı Aqrar Sığorta Fondundan Baku.ws-a verilən məlumata görə, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi vasitəsilə ümumilikdə 41 növ bitki və bitki məhsulunu sığortalamaq mümkündür. Buraya taxıl, meyvə bağları, texniki və bostan bitkiləri daxil olmaqla, iri və xırdabuynuzlu heyvanlar da daxildir.
Fermerlər əkin sahələrini və ya heyvandarlıq təsərrüfatlarını sığortalamaq üçün Aqrar Sığorta Fonduna müxtəlif üsullarla müraciət edə bilərlər. Evdən çıxmadan 1651 Çağrı Mərkəzinə zəng edərək və ya Fondun rəsmi internet saytı vasitəsilə ASA sistemindəki fərdi kabinetlərinə daxil olaraq sığorta üçün müraciət edə bilərlər. Bundan başqa, Aqrar Sığorta Fondunun Bakı və bölgələrdəki filiallarına da müraciət etmək mümkündür.
Sığorta üçün ödənilən məbləğ əkinin növündən, məhsuldarlıqdan, məhsulun qiymətindən və əkin sahəsinin yerləşdiyi regiondan asılı olaraq dəyişir. Bu məbləğin 50%-i dövlət tərəfindən qarşılanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Porsche-nin qlobal satışları 9 ayda 16% azalıb
OpenAI gəlir proqnozunu 20 milyard dollar aşağı saldı
Rusiyadan Azərbaycana mal ixracında 1 milyard dollar azalma
2026 Nobel Ədəbiyyat Mükafatının qalibi açıqlandı
Avropa İttifaqının borcu 2027-ci ilə qədər 1 trilyon avroya çata bilər
Azərbaycanda "Stop-Kredit" xidməti istifadəyə verilib