Fazil Məmmədovun səhhəti ilə bağlı SON MƏLUMAT - YEZNƏSİ DANIŞDI
İki gün əvvəl yenidən səhhəti pisləşən sabiq vergilər naziri Fazil Məmmədov Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib. Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir.
Məsələ ilə bağlı Fazil Məmmədovun yeznəsi, Binəqədinin sabiq başçısı Xaləddin İsgəndərov açıqlama verib. O bildirib ki, Fazil Məmmədov xəstəxanaya qastrit diaqnozu ilə daxil olub:
“Xəstəxanaya yerləşdiyi gün, Fazil müəllimin səhhətinə ciddi problem var idi. Əməliyyat olundu. Həkimlərin səyi nəticəsində, hazırda səhhətində yaranan problem aradan qaldırılıb. Dünən axşam evə buraxılıb. Ev şəraitində müalicəsini davam etdirir”.
Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qaraciyarində problemlrə var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir. (Azxeber.com)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vilyam Hacıyevin məhkəməsi başlayıb
Azərbaycanda kütləvi dava: Xəsarət alan var
Öz bəxtinə ağlayan qara paltarlı qadınlar – içimi parçalayan körpə
Cəbhədən son xəbər
Abşeronda yerləşən məscidin təmiri üçün tapşırıq verildi – Fotolar
Bayram gününə olan hava proqnozu açıqlandı