Fazil Məmmədov təcili Almaniyaya aparılıb
Fazil Məmmədovun indiyədək Gəncə Beynəlxalq Hospitalında müalicə aldığı, lakin müalicənin istənilən nəticəni vermədiyi bildirilir
Səhhəti ağırlaşan keçmiş Vergilər naziri Fazil Məmmədov təcili Almaniyaya aparılıb.
AYNA-nın əldə etdiyi məlumata görə, sabiq nazir Almaniyanın Heydelberq xəstəxanasında mədəaltı vəzisindən məliyyat olunub.
F.Məmmədovun indiyədək Gəncə Beynəlxalq Hospitalında müalicə aldığı, lakin müalicənin istənilən nəticəni vermədiyi bildirilir. Nəticədə əməliyyata ehtiyac yaranıb və keçmiş nazir Almaniyaya aparılıb.
Qeyd edək ki, Fazil Məmmədov pankreatit xəstəliyindən əziyyət çəkir. Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu, adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026