Faciə yaşamış insana bu 5 ifadəni demək olmaz
Bloger Eyveri Uezerford üç il əvvəl atasını itirəndə ona təsəlli verməyə tələsən çox olmuşdu.
O, sonradan işlədilən ifadələrin çoxunu ya yersiz, ya da təhqiredici saymışdı. Eyverinin fikrincə, xüsusilə beş ifadəni işlətmək düzgün deyil. Bizimyol.info Uezerfordun faciə yaşamış insana deyilməsini artıq saydığı ifadələri təqdim edir.
“Siz yaxın idiniz?” – Bu sual qarşısında dilemma yaranır. Ya “hə” deməlisiniz, ya da “yox”. Yaxınlıq qohumluq əlaqələri ilə ölçülmür. Hər gün yanında yaşayıb yaxın olmamaq var. Əksinə, illərlə görüşməyib, bir-birini yaxşı hiss etmək də mümkündür.
“Heç nə təsadüfi baş vermir” – Bu cümləni Eyveriyə dəstək məqsədi ilə tanışlarından biri “Facebook”da yerləşdirmişdi. Bloger dərhal adını işarələmədən silmişdi. Uezerfordun fikrincə, “malı mala qatmaq” lazım deyil.
“Sən möhkəm dayanmısan” – Bloger düşünür ki, bu da yersiz cümlədir. Çünki nə keçirdiyini heç kim bilmir. Heç kim Eyverinin həmin epizodda nə qədər əzab çəkdiyini anlamaz.
“Tanrı bizə çəkə bilmədiyimizdən artıq dərd vermir” – Uezerford bunu da mənasız saymışdı. Bəzi insanlar çəkə bilmədiklərindən daha böyük faciə yaşayır. Biz böyük dərdləri tək çəkəcək gücdə deyilik. Sevinci də, kədəri də bölüşməliyik. Yaxınımız çətin vəziyyətdədirsə, ona əlimizi uzatmalıyıq.
“Nəsə lazım olsa, mənə xəbər et” – Faciə yaşayan adam heç vaxt gəlib sizdən kömək istəməyəcək. Özünüz hərəkətə keçməlisiniz. Ona hansı istiqamətdə yardım olduğunu müəyyənləşdirib, köməyə tələsməlisiniz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ana olmaq qadınları belə dəyişir - Fotolar
Hüseyndən ayrılan gənclər yeni vine komandası qurdular
Bakıda 19 yaşlı gəncdən riskli hərəkətlər - Video
Azərbaycanlılar vizasız neçə ölkəyə səfər edə bilərlər? - YENİ REYTİNQ
Klaviaturada az adamın bildiyi 12 SİRLİ DÜYMƏ
Alimlərdən xəbərdarlıq — Az yatmaq ölümcül fəsadlara yol açır
Görənlər şoka düşdü: 11 kq qızılla oyuna getdi - FOTO