“Facebook” yeni funksiyanı test etməyə başlayıb
“Facebook” digər istifadəçilərin şərhlərinə neqativ münasibət bildirmək imkanını verən yeni “downvote” adlı düyməni test edir.
Minval.info Technote-yə istinadən xəbər verir ki, bir müddət öncə bəzi sosial şəbəkə istifadəçiləri “Facebook” qrupları paylaşımlarında bu yeni düyməyə rast gəliblər.
“Facebook” isə bu xəbərlərin yayılmasından sonra rəsmi olaraq bildirib ki, hazırda “dislike” düyməsi üzərində çalışmır:
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"

“Biz ictimai səhifələrin paylaşımlarındakı olan şərhlərin qiymətləndirilməsi imkanını verən funksiyanı müşahidə edirik. Bu test yalnız ABŞ-da kiçik istifadəçi kütləsi vasitəsilə aparılır” – deyə şirkət bildirib.
“Downvote” düyməsi hansısa paylaşımda olan bu və ya digər şərhin aşağı düşməsinə imkan verir. Nəticədə istifadəçilər onları çox az ehtimalda görəcəklər. Bu yeni funksiya sosial şəbəkədə təhqir, “trolling” və s. kimi özəlliklərlə mübarizə aparmaq üçün düşünülüb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir