"Facebook"da Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunub FOTO
“Facebook” səhifələrinin xəritə servisində Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunub.
“Report” xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşunas öz “facebook” hesabında yazıb.
“Məsələ ilə bağlı dərhal Facebook-a yenidən müraciət etdim. Facebook mənə geri dönüş etdi və budur məsələ artıq həllini tapdı. Çox təəssüf ki, bəzi insanlar bunu münaqişə zonası kimi vurğulanmasını normal qəbul edirdi. Lakin beynəlxalq hüquqa əsasən bu xəritə servislərdə qəbul oluna bilməzdi. Google, Yandex və Bing kimi servislər də belə şey qeyd etmir və buranın xüsusi vurğulanması “facebook”un Azərbaycanın ərazi bütövlüyü şüphə altına alması mənasına gəlirdi. Bu iş ciddi bir iş idi. Facebook birbaşa müdaxilə edib, xəritə kodlarını dəyişməli idi və bu işdə məndən əlavə gizli qəhrəmanların da əməyi böyük oldu. Təəssüf ki, məlum səbəblərdən hər şeyi bölüşə bilmirəm amma əmin olun ki, arxa cəbhədə çox güclü adamlar var. İstənilən cəbhədə ərazi bütövlüyümüzün təmin olunması üçün daim mübarizə aparacağıq”, – texnobloger qeyd edib.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir