Fabreqasın təklifinə "yox" deyən azərbaycanlı bərbər: "Bakıda qalmağı üstün tutdum"
3 il öncə “Çelsi” və “Arsenal” komandalarının üz-üzə gəldiyi Avropa Liqasının final görüşü Bakıda keçirildiyi üçün ölkəmizə futbol camiəsinin bir çox ulduzları təşrif buyurmuşdu.
Bakıya gələn qonaqlar sırasında “Çelsi”nin sabiq futbolçusu Sesk Fabreqas da vardı. 35 yaşlı ispan futbolçu yerləşdiyi oteldə çalışan saç ustasını bəyənmiş və ona Fransaya köçüb şəxsi bərbəri olmağı təklif etmişdi.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Maraqlıdır ki, sözü gedən bərbər, yəni İkram Yəhyayev Fabreqasın təklifini dəyərləndirdimı?
Bunu dəqiqləşdirmək üçün İkram bəyin özü ilə əlaqə saxladıq. O, Fanat.Az-a açıqlamasında bu şansı dəyərləndirmədiyini bildirdi.

– Bir neçə il öncə tanınmış futbolçu Sesk Fabreqasla tanışlığın yarandı və əl işini bəyəndiyi üçün səni yaşadığı ölkəyə dəvət etdi. Necə oldu, o, Fransa qayıtdıqdan sonra əlaqə yaratdınızmı?
– Bəli, dəvət gəldi. Ancaq dəyərləndirmədim. Bakıda qalıb işləməyi üstün tutdum. Bəlkə də yanlış qərar verdim. Nə bilim…

– Həmin vaxtlar mətbuatda gündəm olmuşdun. Bu durum sənin məşhurlaşmağına səbəb oldumu?
– Bəli. Həmin vaxtlar xəbəri görən hər kəs mənə zəng edirdi. Hətta bu xəbərlərdən sonra müştəri sayında da xeyli artım oldu.
– Bəs müştərilər arasında idmançı sayı artdımı? Yerli idmançılardan yanınıza gələn var?
– Əvvəllər də saçını kəsdiklərimin arasında idmançılar vardı, elə bu xəbər yayılandan sonra da idmançı müştərilərimin sayı artı. Futbol, boks, cüdo, güləşlə məşğul olan bir sıra idmançılar müştərimdir. Ancaq ad açıqlamayacağam (gülür)…
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar