Fəzail Ağamalının qızı Bakıda böyük obyekt tikdirir – Fotofakt
Bu il iyun ayının 29-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşəcək obyektin tikintisinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 617,24 kv. metr olan obyektin sifarişçisi Günay Fəzail qızı Ağamalıdır.
Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) inşa olunacaq obyekt Tibb Universitetinin yaxınlığnda yerləşir.
Məlumat üçün bildirək ki, Günay Ağamalı millət vəkili Fəzail Ağamalının qızıdır. Hazırda “Buta” uşaq bağçasının rəhbəri olan Günay Ağamalı ixtisasca psixoloqdur. Günay Ağamalı eyni zamanda atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu vəsiqə vasitəsilə xaricdə rahatlıqla maşın sürə bilərsiniz
Sabahın hava proqnozu AÇIQLANDI
Neftin kəskin bahalaşması Azərbaycana nə vəd edir?
İlham Əliyev müalicə olunan hərbçilər önündə çıxış edib - VİDEO
Almaniyada yeni kansler seçilib
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək