Fəzail Ağamalı: “Xəzər dənizinin bir neçə kilometrlərlə sahili bir, iki, beş ailənin ixtiyarına verilməli deyil”
Deputat Fəzail Ağamalı isə söz alaraq diqqəti Xəzər dənizinin Azərbaycan hissəsi ilə bağlı narahatlıqlarını bölüşdü: “Xəzər dənizinin Azərbaycan hissəsinə diqqət yetirsək, çox təəssüfedici mənzərə ilə üz-üzə qalırıq. Elə etmək lazımdır ki, dənizin sahilində ərazilər tam təmiz olsun və ətraf mühitə zərər yetirilməsin. Dəniz Nabrandan başlayaraq Abşeron ərazisinə qədər çirklidir. Bu natəmizlik aradan qaldırılmalıdır”.
Deputat Xəzərin verdiyi imkanlardan yararlanmağa çağırdı: “Dənizin sahilini turizm zonasına çevirmək mümkündür. Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir, obyektlərin hərəsi bir qiymət qoyur. Qanunvericilikdə dəyişiklik edərək bunu sərtləşdirmək lazımdır. Bu hasarlanmalar aradan qaldırılmalıdır”.
F.Ağamalı dedi ki, Xəzər sahillərini zəbt etmiş iş adamlarının həmin ərazilərdə normal fəaliyyətlə məşğul olmasını zəruri saydı. Bildirdi ki, onlar burada otellər, yaxud başqa obyektlər tikməklə həm büdcəyə əlavə vəsaitlər ödəyə, həm də iş yerləri yarada bilərlər: “Xəzər dənizinin bir neçə kilometrlərlə sahili bir, iki, beş ailənin ixtiyarına verilməli deyil. Deputatlar bu məsələ ilə bağlı sərt mövqe ortaya qoymalıdırlar”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Vitse-spiker Valeh Ələsgərov isə dedi ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, icrasını isə dövlət qurumları həyata keçirməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var