Fəzail Ağamalı Prezidentə təşəkkür etdi: Kiçik fəaliyyətimə böyük qiymətdir
Xəbər verdiyimiz kimi, Fəzail Rəhim oğlu Ağamalı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Sərəncamla bağlı AZXEBER.COM-a danışan millət vəkili Fəzail Ağamalı Prezidentə təşəkkür edib:
“Mən də indi bunu mətbuatdan oxudum. Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Dövlətimizə və xalqımıza göstərdiyim kiçik xidmətə görə, özümə şərəf bildiyim xidmətimdəm qürur hissi duyduğum fəaliyyətimə görə, cənab Prezidentin bu təltifi mənim üçün gözlənilməz oldu. Buna görə Prezidentə təşəkkürümü bildirirəm. Bu, mənim kiçik fəaliyyətimə böyük qiymətdir.
Bu, həm də bundan sonrakı fəaliyyətimə ciddi məsuliyyət yaradan təltifdir. Çalışacağam ki, bundan sonra da Ulu Öndərimizin dövlətçilik siyasəti ilə xalqa xidmətimi davam etdirim. Sizə də təbrikinizə və xəbərinizə görə təşəkkür edirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəkidə faciə: Ailə AzTV-yə etiraz etdi
Afaq Gəncəli doğum gününü xanımlarla qeyd etdi
Bakıda sabah 28 dərəcə isti gözlənilir
Qroznı-Bakı birbaşa uçuşları təxirə salındı
Azercell-in texnoloji həlləri beynəlxalq arenada parlayır
Ermənistana Azərbaycandan tranzitlə 41 vaqon taxıl göndərildi
Sabah "Mançester Yunayted" ilə tarixi qarşılaşmada!