Fərid Şəfiyev: “Ölkədə erməni dilli mütəxəssislərə böyük ehtiyac var"
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində mətbuat konfransı keçirilib.
APA-nın xəbərinə görə, mətbuat konfransında çıxış edən Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Mərkəz artıq xarici tərəfdaşları ilə bir neçə memorandum imzalayıb və əməkdaşlığı genişləndirmək niyyətindədir.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Onun sözlərinə görə, Mərkəzin başlıca hədəflərindən biri Azərbaycanla, əsasən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmaların sayını artırmaqdır.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
F. Şəfiyev deyib ki, ölkədə erməni dilli mütəxəssislərə böyük ehtiyac var və Mərkəzdə ermənişünaslıq bölməsinin açılması planlaşdırılır: “Bəzi ali təhsil müəssisələrində erməni dilinin tədris edilməsinə baxmayaraq, erməni dilli mütəxəssislərlə bağlı vəziyyət hazırda qənaətbəxş deyil. Araşdırmalar zamanı dili bilən mütəxəssislərə ehtiyac duyulur”.
İdarə Heyətinin sədri qeyd edib ki, Mərkəzin fəaliyyətinə könüllülər və təcrübəçilər də cəlb ediləcək, həmçinin xarici mütəxəssislərə təqaüdlərin verilməsi də nəzərdə tutulur.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sahəsində araşdırmalar lazım olan standartlara cavab vermir. Mərkəzin başlıca məqsədlərindən biri məhz bu münaqişə ilə bağlı yüksək səviyyəli araşdırmalar aparmaqdır. Bu mərkəzi açıq bir platforma kimi görürəm. Biz ölkədə mövcud olan digər düşüncə mərkəzləri ilə də əməkdaşlıq etmək istəyirik”, – F. Şəfiyev vurğulayıb.
Mətbuat konfransında həmçinin Mərkəzin yeni loqosu – “AİR Center” təqdim olunub. Bildirilib ki, Mərkəz loqoda qeyd olunan “AİR Center” adı ilə dünyada tanınmağı hədəfləyir.
Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2019-cu il fevralın 6-da Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var