Evində külli miqdarda narkotik aşkarlandı

Şabran rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Lent.az-a bildirdiyinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Əzəmət Həkimov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan marixuana, xaşxaş bitkisindən kustar üsulla alınmış tiryək, külli miqdarda psixotrop maddə olan metamfetamin və xeyli miqdarda heroin aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi