19.01.2023 - 14:26
Hadisə 4 baxış

Ermənistanda hərbi hissədə yanğın olub, 15 hərbçi ölüb - YENİLƏNİB-3

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində yaralıların sayı 7-yə çatıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, yaralıların 6-sı əsgər, biri isə zabitdir.

Yaralılar hospitala yerləşdirilib.

10:00

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğın söndürülüb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətindən bildirilib.

Yanğının söndürülməsi 5 saat çəkib.

Ermənistanın İctimai Televiziyası hadisənin baş verdiyi hərbi hissənin daxil olduğu 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan işdən çıxarılacağı barədə məlumat yayıb.

08:02

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi ölüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 3 nəfərin vəziyyəti ağırdır.

06:50

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında gecə saat 01:30 radələrində yanğın başlayıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ölənlər və yaralananlar var.

Hadisənin səbəbi müəyyənləşdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: