01.07.2022 - 14:40
Siyasət 25 baxış

Ermənistanda etirazlar yenidən başladı

Ermənistanın “Müqavimət” müxalifət hərəkatı parlament binasının girişində növbəti etiraz aksiyası keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Armenia Today” nəşri yayıb. Mənbə qeyd edir ki, binanın yaxınlığında böyük polis qüvvələri, o cümlədən xüsusi təyinatlılar cəmləşib. Polis zəncir yaradıb və parlamentə gedən yolun bir hissəsini bağlayıb.

Bu gün Ermənistanda parlamentin növbədənkənar iclası keçirilir, gündəliyə müxalifət hərəkatlarının lideri İşxan Saqatelyanın parlamentin sədr müavini vəzifəsindən geri çağırılması və Vaqe Akopyanın parlamentin İqtisadi məsələlər daimi komissiyasının sədri kimi səlahiyyətlərinə xitam verilməsi daxildir.

Paşinyan: Rusiya qazı ucuz deyil! ƏLAQƏLİ
Bunu da oxu

Paşinyan: Rusiya qazı ucuz deyil!

11.09.2026 - 23:33
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: