03.12.2020 - 12:03
Ordu
15 baxış
Ermənilərin əsir götürdüyü Bayramın anası: “Övladımın həsrətinə dözə bilmirəm” - VİDEO
Bunu Ermənistan silahlı birləşmələri tərəfindən 44 günlük Vətən Müharibəsi zamanı əsir götürülmüş əsgər, Gəncə şəhər sakini Bayram Kərimovun anası Zülfiyyə Kərimova Report-a müsahibəsində bildirib.
O, övladının əsir düşdüyünü baldızından öyrəndiyini deyib:
“Ermənilər Bayramın yaralı halda əsir götürüldüyünün nümayiş olunduğu video yaymışdılar. Üç yaşlı nəvəm hər dəfə qapı döyüləndə “atam gəldi” deyir. Biz onun həsrətinə dözə bilmirik.
Oğlum ağır yaralıdır, indi onun nə halda olduğunu bilmirik. Görəsən, ona necə baxırlar, necə rəftar edirlər? Xahiş edirəm, bizə yardım göstərilsin, övladım əsirlikdən qurtarılsın”.
Z.Kərimova oğlu ilə yanaşı, əsgər yoldaşı Amin Musayevin də əsir düşdüyünü vurğulayıb:
“Onun da, övladımın da geri qaytarılmasını istəyirik”.
“Bayram könüllü olaraq müharibəyə gedib. Digər oğlum da səfərbərlik zamanı çağırılmışdı və hazırda hərbi xidmətdədir. O da qardaşının yolunu gözləyir”, – hərbi əsirin anası söyləyib.
Qeyd edək ki, Bayram Kərimov və Amin Musayev yaralı halda ermənilər tərəfindən əsir götürülüb və bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
06.10.2026 - 16:48
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
05.10.2026 - 19:06
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
02.10.2026 - 11:32
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
02.10.2026 - 08:37
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
01.10.2026 - 19:12
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
01.10.2026 - 17:48
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib
01.10.2026 - 14:18
Azərbaycanın yeni PUA-ları: "BARS" və "Qartal" təqdim olundu
30.09.2026 - 19:03
